Bu gün gecə və erkən səhər saatlarında Ukrayna silahlı qüvvələrinin ölkənin şərqindəki mövqeləri Donbass separatçıları tərəfindən intensiv atəşə tutulub.
Teleqraf.com-un “UNİAN”a istinadən məlumatına görə, “ZU 23-2” zenit qurğularından və ağır artilleriyadan istifadə ediblər. Bu xəbəri özünün rəsmi “Facebook” səhifəsində Antiterror Əməliyyatı Qüvvələrin mətbuat mərkəzi də təsdiqləyib.
Separatçılar Sçastya məntəqəsi yaxınlığında hökumət qüvvələrinə 2 dəfə zərbə endiriblər. Bundan başqa, yerli vaxtla saat 4.15-də Ukrayna ordusunun Stanitsa-Luqansk yaxınlığındakı blokpostu atəşə məruz qalıb . Səhərə yaxın isə qeyri-qanuni silahlı qruplaşmalar tərəfindən Ukrayna hərbçilərinin mövqelərinə müxtəlif istiqamətlərdə 30-dan çox həmlələr edilib.
Nail Cəlil