17 Avqust 2020 15:33
1 441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda fəaliyyət göstərən “Media Vəkili” qrupu 1-10 avqust tarixlərində İrəvan meri Ayk Marutyanın şəxsiyyəti və fəaliyyəti ilə əlaqəli onlayn media materiallarında monitorinq keçirib.

Teleqraf.com xəbər verir ki, monitorinq Ermənistanın 35 aparıcı xəbər saytında aparılıb.

Bu dövrdə 307 yazı qeydə alınıb, onlardan 101-i mənfi, 5-i müsbət, 201-i neytraldır. Ayk Marutyan erməni mediasında ən çox tənqid olunan siyasi xadimlərdən biri olmağa davam edir.

Medianın yazdığına görə, maddi və iqtisadi vəziyyətinin pis olduğu görüntüsü yaradan İrəvan merinin həyat yoldaşı İva Marutyan keçən il Çexiyanın Kutna-Qora şəhərində 3 daşınmaz əmlak alıb.

Ayk Marutyanın fəaliyyətinə toxunan “Alternativ Layihələr” qrupunun mütəxəssisi Marina Sukiasyan merin pandemiya günlərində niyə insanlardan qaçaraq gizləndiyini bildirib: “Niyə İrəvan dünyanın dezinfeksiya olunmayan şəhərlərindən biridir”.

Bundan başqa, Ayk Marutyan mer seçkilərindən əvvəl yeni bir metro stansiyasının açılması vədini də yerinə yetirməyib. Üstəgəl, onun dönəmində İrəvandakı parklarda abadlıq işlərinin aparılması dayandırılıb, şəhərdə ağacların kəsilməsinin geniş vüsət aldığı bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu