Rusiya Prezidenti Vladimir Putin türk həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığında Suriya və Liviyadakı son vəziyyət müzakirə edilib.
Ərdoğan və Putin Suriyadakı vəziyyətlə əlaqədar olaraq Türkiyə və Rusiya arasındakı təmasları hərbi və diplomatik kanallarla davam etdirməyə razılıq veriblər.
Hələlik görüşə dair əlavə məlumat verilməyib.