11 Oktyabr 2014 15:42
1 318
12 Punto 14 Punto 16 Punto 18 Punto

Separatçıların qaz və Donetsk ömür hövzəsinin enerji muxtariyyəti barədə planları Ukraynanın qaz nəqliyyatı sisteminin sabit işinə və ölkənin enerji təhlükəsinə təhdidlər yaradır. Teleqraf.com-un məlumatına görə, bu barədə Ukraynanın “Zerkalo nedelyi” onlayn qəzeti yazır.

Ukraynadan Avropaya doğru uzanan qaz kəmərinin ölçüsü 1567 kilometrdir. Kəmərin bir hissəsi də hazırda separatçıların təsir dairəsində olan ərazidən keçir. Bu magistral kəmərlə ildə 26 milyard kubmetr qaz ötülür. Rusiya qazının tranzitindən başqa, bu kəmər Ukrayna ərazisinin bir hissəsini qazla təmin edir.

Bundan başqa, Donbas regionunda iki qaz anbarı da var: Verqunskoe (onda indi 176 milyon kubmetrdən çox qaz saxlanılır) və Krasnopopovskoe (ehtiyatları 19,5 milyon kubmetrdir). Bu yeraltı anbarlar "Donbasstransqaz" nəqliyyat qovşağında təzyiqin və Donetsk və Luqansk ərazilərinin sabit qaz təchizatı təminatının saxlanılması üçün istifadə olunurdu.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər