“ABŞ prezidenti ən peşəkar şahmat oyunçusu olan Ərdoğanla rəqabət apara bilməsi üçün intellektual gücə malik olmalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Tramp seçkilərdəki rəqibi Co Baydenin ABŞ prezidenti postuna layiq olmadığını və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla rəqabət aparacaq zehni gücünün olmadığını söyləyib:
“Ölkələrin liderləri mənə zəng edir, məndən Ərdoğanla danışmağımı istəyirlər. Təkcə məni dinləyirlər. Bu, ABŞ-a görə deyil, mənə görədir”.