Rusiyaya məxsus qırıcı təyyarə Baltik dənizi üzərində ABŞ Silahlı Qüvvələrinin kəşfiyyat təyyarəsinin uçuşlarını müşayiət edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri Baltik dənizinin neytral suları üzərində hədəf aşkar edib. Hədəf aşkar edildikdən sonra Rusiyanın Baltik Donanmasına məxsus “Su-27SM” qırıcısı havaya qaldırılıb.
Rusiya qırıcısı etibarlı məsafədən hədəfin ABŞ Hərbi Hava Qüvvələri “RC-135” strateji kəşfiyyat təyyarəsinin olduğunu təyin edib.
Amerikanın kəşfiyyat təyyarəsi Rusiya dövlət sərhədindən döndükdən sonra rus qırıcısı etibarlı şəkildə bazaya qayıdıb.
Məlumatda bildirilib ki, son vaxtlar Rusiya sərhədləri yaxınlığında ABŞ-ın kəşfiyyat təyyarələri tez-tez uçuşlar həyata keçirməyə başlayıb. Avqust ayının əvvəlindən bəri, təxminən Qara və Barents dənizləri sahillərində təxminən on belə hadisə haqqında məlumat verilib.