Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rize vilayətinin Güneysu mahalında inşası tamamlanan və atasının adını daşıyan Güneysu Kapitan Əhməd Ərdoğan İmam Natiq Liseyinin açılışını gerçəkləşdirib.
Teleqraf.com-un "TRT Haber"ə istinadən məlumatına görə, burada çıxış edən Ərdoğan dövlət başçısı olaraq, ilk dəfə Rizeni və ata ocağı Güneysunu ziyarət etdiyini xatırladıb. O, bir başqa həyəcanı da atasının adını daşıyan liseyin açılışı səbəbindən yaşadığını qeyd edib. Məktəbin quruculuğunda əməyi keçən hər kəsə minnətdarlığını çatdıran Ərdoğan, mərhum atasının xatirəsini yaşatmaq üçün məktəbə onun adını verən Qazancı ailəsinə də təşəkkürünü bildirib.
Nail Cəlil