"Facebook" sosial şəbəkəsinin işində problemlər bir neçə ölkədə müşahidə olunur.
Teleqraf.com-un məlumatına görə, bu barədə Downdetector servisinin saytında bildirilib.
Məlumata əsasən, nasazlıqdan daha çox ABŞ-da (xüsusilə Nyu-York, Texas, Kaliforniya ştatlarında və Kolumbiya dairəsində), həmçinin Kanada, Meksika, Braziliya, Böyük Britaniya, Hollandiya və Yunanıstanda şikayət edirlər.
"Facebook"un işində problemlər əsasən sosial şəbəkəyə giriş (şikayətlərin təxminən 35 faizi) və xəbər lentinə baxıldığı zaman(33 faiz) ortaya çıxır. İstifadəçilərin 31 faizi sosial şəbəkənin tamamilə bağlanmasından şikayətlənir.