Fələstinin HƏMAS təşkilatı Birləşmiş Ərəb Əmirlikləri vəliəhdi, şahzadə Məhəmməd bin Zayedə İsrailə getməməsi barədə xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, bu barədə HƏMAS-ın sözçüsü Sami əbu Zühri açıqlama verib.
“Məhəmməd bin Zayedə İsrailə səfər dəvətini qəbul etməməsi barədə xəbərdarlıq edirik. Bu dəvəti qəbul etmək, İsraili cinayətlərinə görə təbrik etmək deməkdir və Fələstin xalqına düşmənlikdir”, - Zühri bildirib.
İsrail Prezidenti Reuven Rivlin dünən BƏƏ şahzadəsini ölkəsinə səfərə dəvət edib.