“ABŞ İŞİD ekstremist qruplaşmasının Suriya şəhəri Kobanini ələ keçirməsi ehtimalı ilə çoxdan barışıb”. Teleqraf.com-un məlumatına görə, bu fikirləri alman radiostansiyası “DeutschlandRadio”nun efirində Amerikanın Cons Hopkins Universitetinin eksperti Cekson Ceyns vurğulayıb.
"Kobani süqut edəcək" söyləyən mütəxəssisin fikrincə, baş verənlər bu ehtimalı təsdiqləyən siqnaldır: “ABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisiya böhran vəziyyətini yalnız oktyabrın 14-ü müzakirə etməyi planlaşdırır. İraq müharibəsindən sonra Birləşmiş Ştatlar hesab edir ki, münaqişə zonasına quru qoşunları yollamaq lazım deyil. Bu addım region ölkələri fəal təşəbbüs göstərməyənə qədər atılmayacaq”.
Ceyns qeyd edib ki, yaranmış mürəkkəb vəziyyətdə diqqət mərkəzinə düşən Türkiyə də buna hələ hazır deyil. "Bu ciddi arqumentdir: əgər bilavasitə qonşular qarışmırlarsa, niyə bunu biz etməliyik?"- deyə, mütəxəssis ABŞ hakimiyyətinin prinsipini izah edib.
Nail Cəlil