Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan Rize vilayətinə səfəri əsnasında Suriyanın Kobani bölgəsində baş verən hadisələrlə bağlı gərginliyə münasibət bildirib. Teleqraf.com-un TRT Haber”ə istinadən xəbər verir ki, o, ölkədə baş verən son iğtişaşlara görə, kürdlərə yaxın sayılan siyasi qurumları və təşkilatları ittiham edib.
Ərdoğan vurğulayıb ki, Türkiyə İŞİD-in zülmündən qaçan insanlara, xüsusən, kürdlərə köməyini əsirgəmir: “Kobani ilə Türkiyənin nə əlaqəsi var, İstanbulun nə əlaqəsi var, Ankaranın nə əlaqəsi var? Kobani ilə Siirtin nə əlaqəsi var, Diyarbakırın nə əlaqəsi var, Bingölün nə əlaqəsi var? 200 min Kobanidəki Kürd qardaşımız Türkiyəyə gəldi, sığınmaq istədi, içərimi götürmədik? 200 min Kobanidən gələn kürdü bağrına basan, onları yedirən, saxlayan Türkiyənin bu anda bir dövləti var. Daha nə istəyirsiniz?”.
Radikal qruplaşmaların ittihamları müqabilində “Kürdlərə xəyanət edən sizsiniz” söyləyən Ərdoğan kürd əsilli liderləri qeyri-səmimilikdə və bilərəkdən təxribat törətməkdə günahlandırıb: “Biz bu qədər dayanıqlılıq içərisindəykən onların etdiyi davamlıdır. Bir tərəfdən dağa adam qaçıracaqsan, başqa tərəfdən sərmayələri dayandırmağa çalışacaqsan, bir tərəfdən də deyəcəksən ki, bunlar kürdlərə laqeydlik edir. Kürdlərə laqeydlik edən sizsiniz. Kürdlərə xəyanət edən sizsiniz. Siyasi uzadılmalar da bu işin içindədir".
Nail Cəlil