18 Avqust 2020 12:30
4 376
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri Eliot Engel və həmin komitənin Respublikaçı lideri Maykl Makkall Rusiyanın bu ölkədəki etirazlarla əlaqədar olaraq Belarusa hərbi yardım göstərməyə hazır olduğu barədə açıqlamasına etiraz edib.

Teleqraf.com xəbər verir ki, senatorların açıqlamasında Rusiyanın Belarusa mümkün hərbi müdaxiləsinin qarşısını almaq üçün ABŞ hökumətinə çağırış olunub.

“Biz Rusiya Prezidenti Vladimir Putinin Belarusdakı Lukaşenko rejiminə hərbi yardım göstərmək təklifini qətiyyətlə pisləyirik”, - senatorların açıqlamasında bildirilib.

Engel və Makkall əlavə ediblər: “Biz ABŞ administrasiyasını Moskvanın təcavüzünü rədd etməyə və Avropa ilə Belarus xalqına dəstək olmaq üçün işləməyə, həbs edilmiş minlərlə dinc etirazçı və siyasi məhbusun sərbəst buraxılmasını tələb etməyə, Belarus hakimiyyəti tərəfindən zorakılığın tətbiqini qınamağa və Belarusun öz gələcəyini qurmaq üçün suveren hüququnu müdafiə etməyə çağırırıq”.

Belarus Prezidenti Aleksandr Lukaşenko bundan əvvəl, Rusiya lideri Vladimir Putinin ona iğtişaşların qarşısını almaq üçün hərbi yardım göstərməyə razılıq verdiyini söyləmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu