Kanadanın Maliyyə naziri Bill Morne vəzifəsindən istefa edib.
Teleqraf.com xəbər verir ki, Maliyə naziri son həftələrdə Baş nazir Castin Trudeau ilə iqtisadiyyat sahəsində fikir ayrılığına görə istefa etdiyini açıqlayıb.
Sabiq nazir siyasətdən gedəcəyini və İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) yeni baş katibi olmağı hədəflədiyini bildirib.
Castin Trudeau isə istefasından sonra keçmiş nazirin OECD namizədliyini dəstəklədiyini bildirərək, ona təşəkkür məktubu göndərib.
Qeyd edək ki, Bill Mornenin adı Baş nazir Trudeau ilə birlikdə xeyriyyə təşkilatı “WE Charity” qalmaqalına qarışmışdı. Məlum olub ki, Morneau səyahət xərcləri üçün xeyriyyəçilik qurumundan minlərlə dollar pul alıb.
Bundan əlavə, Baş nazirin həyat yoldaşı, qardaşı və anası “WE Charity” tədbirlərində çıxış etdiyi üçün 300 min Kanada dolları (221 000 ABŞ dolları) ödənildiyi müəyyən edilib.
"WE Charity” pandemiya səbəbilə iş tapmaqda çətinlik çəkən tələbələr üçün yardım layihəsidir. Səslənən iddialarla bağlı istintaq başlanıb.