18 Avqust 2020 19:38
3 626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusun dövlət sərhədlərində döyüş təyyarələri patrul xidmətinə cəlb olunur.

Teleqraf.com xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, döyüş hazırlığı çərçivəsində “An-26 50 SAB”, “Yak-130 116 Şab”, “Su-30SM 61 İAB” təyyarələrinin planlaşdırılan uçuşları reallaşacaq.

Bundan əlavə, 19-cu və 120-ci ayrı-ayrı mexanikləşdirilmiş briqadaların zenit-raket artilleriya batalyonları “Tunquska” zenit-raket silah sistemlərinin və “İqla” portativ hava hücumundan müdafiə sistemlərinin atışlarına hazırlaşır. Müdafiə Nazirliyi əlavə edib ki, bölmələr Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin 174-cü təlim poliqonuna toplaşır.

Bundan əvvəl, Aleksandr Lukaşenko NATO qoşunlarının ölkənin qərb sərhədlərinə yaxınlaşdığını demişdi. O, NATO hərbi təlimlərinin keçirildiyi Polşa və Litvada hərbi hissələrin yenidən qurulmasından narahatlığını bildirmişdi.

Buna cavab olaraq NATO rəhbərliyi alyansın Şərqi Avropadakı mövcudluğunun ciddi şəkildə müdafiə olduğunu və heç bir təhlükə yaratmadığını söyləmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər