Mali prezidenti İbrahim Bubarar Keyta istefa verdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, , prezident televiziyadakı çıxışında ölkədə qan tökülməsini istəmədiyini bildirib.
"Uzun illərdir mənə verilən dəstəyə görə Mali xalqına təşəkkür edirəm.Bu andan etibarən istefa qərarım haqqında məlumat vermək istəyirəm. Hakimiyyətdə qalmaq naminə ölkədə "qan tökülməsini" istəmirəm.
Xatırladaq ki, Bubakar Keyta 2013-cü ildən prezident vəzifəsini icra edir.