19 Avqust 2020 09:57
2 850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Bundestaqının (parlament) aşağı palatasının rəhbəri Volfqanq Şoybl rəsmi Minski dinc aksiya iştirakçılarına qarşı güc tətbiq etməməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, palata rəhbəri hazırkı Belarus hakimiyyətinin geri çəkilməli olduğunu deyib.

“Sonu gəlibsə, daha yaxşı olardı ki, zorakılığı dayandırmaq üçün bir yol tapsın. Belarusdakı rejimin sona çatdığı açıqdır” – Şoybl bildirib.

O, həmçinin qeyd edib ki, Avropa İttifaqı insan hüquqlarına və demokratiyaya hörmət etdiyini göstərmək üçün bütün imkanlarından istifadə etməlidir: “İnsan haqları, demokratiya prinsipi tərəfdarı olduqda, bu, nə Rusiyaya, nə də başqasına qarşı yönəlir”.

Volfqanq Şoybl mövcud vəziyyəti qeyri-zorakı metodlarla həll etməyi vacib hesab edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər