Belarus Prezidenti Aleksandr Lukaşenko Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Teleqraf.com xəbər verir ki, şuranın iclasında çıxış edən Lukaşenko xarici ölkənin Belarusa hərbi qüvvə göndərməsi barədə yayılan məlumatlardan danışıb.
O, sosial şəbəkələrdə ölkədə xarici hərbi qüvvənin olması ilə bağlı yayılan məlumatları saxta adlandırıb.
“Bu, saxtadır. İnternetdə açıq yalanlar dolaşır, guya Belarusda xarici qoşunlar var, Rusiyadan hərbi avadanlıqlar göndərilib. Belə saxta məlumatların yayıldığını əvvəllər də görmüsünüz. Bir hərbi texnikanın görüntüsünü yayırlar, heç kim bunun nə olduğunu bilmir, kimin kim olduğunu, heç kim bilmir. Amma deməliyəm ki, onlar Rusiya sərhəddindən Orşaya doğru irəliləyirlər. Bunların ruslar deyil, Belarus zirehli personal daşıyıcıları olduğunu bilmədən görüntülərini yayıb, yalan məlumatları dövriyyəyə soxurlar. Bu, qərb sərhədlərimizi qorumaq üçün gördüyümüz əlavə tədbirlərdir”, - Lukaşenko bildirib.
Xarici qoşunlara gəldikdə, o, bu gün Belarusda başqa dövlətlərdən bir nəfər də olsun hərbçinin olmadığını söyləyib.
Əlavə edək ki, bir neçə gün əvvəl Aleksandr Lukaşenko hava limanını Vitebskdən Qrodnoya köçürməyi əmr edib.