11 Oktyabr 2014 21:59
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki həftə əvvəl Yaponiyanın mərkəzində yerləşən Ontake dağında baş vermiş vulkan nəticəsində itkin düşənlərin axtarışları oktyabrın 11-də davam etdirilib. Bu, son 70 ildə Yaponiyada baş vermiş ən güclü vulkan püskürməsi hesab olunur.

Teleqraf.com-un məlumatına görə, dağda qaldığı və itkin düşdüyü güman edilən 8 nəfərin axtarışı ilə 1100 nəfərdən çox xilasedici məşğul olub. Xilasedicilər dağın zirvəsinə yaxın qaya qırıntıları altında ürəyinin və tənəffüs orqanlarının fəaliyyəti dayanmış iki nəfər aşkar ediblər. Sonradan onlardan birinin həlak olduğu təsdiq edilib.

Yaponiyaya güclü tufan yaxınlaşdığına görə xilasedicilər daha sürətlə işləyərək itkin düşənləri tapmağa çalışırlar.


Müəllif:

Oxşar xəbərlər