20 Avqust 2020 12:00
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tesla” və “SpaceX”in qurucusu İlon Maskın sərvəti 7,8 milyard dollar artaraq, 57,2 milyard dollara çatıb.

Teleqraf.com xəbər verir ki, yeni hesablamalara görə, ABŞ- ın ən varlı 12 nəfərinin ümumi aktivləri 1 trilyon dollara çatıb.

Xüsusilə pandemiya dövründə (martın 18-dən) bu şəxslərin sərvəti 40 faiz nisbətində artaraq 283 milyard dollara çatıb.

Mart ayından bəri Amazon şirkətin qurucusu və baş icraçı direktoru Cef Bezosun 76,5 milyard dollar, “Microsoft”un həmtəsisçisi Bill Qeytsin 16.1 milyard dollar, “Facebook”un direktoru və qurucusu Mark Zuckerberqin 40.8 milyard dollar, “Tesla” və “SpaceX” qurucusu və icraçı direktoru İlon Maskun 48.5 milyard dollar, “Microsoft”un keçmiş baş direktoru Stiv Ballmer 18,8 milyard dollar, “Oracle”nin qurucusu Larry Ellison 11.9 milyard dollar, “Google”ın həmtəsisçisi Larry Page 16.5 milyard dollar, Sergey Brinin isə 16.5 milyard dollar gəlirləri artıb.

Məlumata görə, bu dövrdə şəxsi sərvətini ən çox artıran Cef Bezos olub.

Gəliri artan adlar arasında İlon Mask xüsusi yerə sahibdir. Belə ki, “Tesla” və “SpaceX” qurucusu bu dövrdə şəxsi sərvətini üç dəfə (228 faiz ) artıraraq böyük iqtisadi sıçrayış əldə edib. İlon Maskın şəxsi sərvəti pandemiyadan əvvəl 24.6 milyard dollar idisə, avqust ayında 73.1 milyard dollar olub. “ Tesla” səhmlərinin artması ilə Mask şəxsi aktivlərinə bir gündə 8 milyard dollar əlavə edib və dünyanın ən varlı insanlarının dördlüyünə daxil olub.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər