“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla çox yaxşı münasibətlərim var”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Tramp Türkiyə ordusunun Suriyadakı “Sülh Çeşməsi” əməliyyatlarından sonra Amerika qüvvələrinin bölgədən çıxarılması haqda danışıb:
“Suriya və Türkiyə arasındakı hərbi qüvvələrimizi geri çəkəndə düşünün, hər kəs “bu qorxuncdur”, “fəlakətdir” dedi. Amma ortada heç bir fəlakət yoxdur. Sizi əmin edirəm ki, Türkiyə öz işini özü həll edə bilər. Ərdoğanla çox yaxşı münasibətlərimiz var”.