Vladimir Putin Milandakı sammitdə “normand” formatında – Almaniya kansleri Angela Merkel, Fransa Prezidenti Fransua Olland və Ukrayna Prezidenti Pyotr Poroşenko ilə Ukraynadakı situasiyaya dair görüş keçirə bilər.
Teleqraf.com-un RİA Novosti-yə istinadən məlumatına görə, Ukrayna Prezidenti Poroşenko 16-17 oktyabrda Milanda rus həmkarı ilə baş tutacaq görüşün çətin, ancaq uğurlu olacağını söyləyib.
Belə bir görüşün baş tuta biləcəyini Rusiya dövlət başçısının köməkçisi Uşakov da bildirib. Putinin mətbuat katibi Dmitri Peskov isə qeyd edib ki, görüş Milanda Avropa Birliyi və Asiya (ASEM) dövlət liderlərinin sammitində həm ikitərəfli, həm də çoxtərəfli formatda keçə bilər.