Venesuela dövlət başçısı Nikolas Maduro Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra verdiyi açıqlama ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, dövlət başçısı COVID-19 pandemiyası dönəmində Türkiyə və Venesuela arasındakı münasibətlərin daha da gücləndiyini bildirib.
“Türkiyədəki qardaşlarımızla ikitərəfli münasibətlərimiz koronavirus səbəbindən bəşəriyyətin üz-üzə qaldığı bu çətin dönəmdə daha da gücləndi. Münasibətlər qardaşlıq həmrəyliyi, əməkdaşlıq və dostluq yönündə inkişaf edir”, - Maduro deyib.
Qeyd edək ki, Xarici İşlər naziri Mövlud Çavuşoğlu ötən gün Karakasda həm Nikolas Maduro, həm də venesuelalı həmkarı Xorxe Arreaza ilə görüşüb. Səfər çərçivəsində iki ölkə arasında bir çox sahədə əməkdaşlıq müqaviləsi imzalanıb.