20 Avqust 2020 12:44
3 759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadada yaşayan erməni jurnalist Jirayr Tutuncanyan “HARDTalk” proqramında Ermənistan Baş naziri Nikol Paşinyanla müsahibədən sonra BBC-nin Şikayətlər İdarəsinə məktub göndərib.

Teleqraf.com xəbər verir ki, jurnalist məktubunda proqramın aparıcısı Stiven Sakurdan şikayət edib.

Tutuncanyan məktubunda erməni xislətinə sadiq qalaraq, Ermənistanı “məzlum”, “kasıb” və “mühasirəyə alınmış kiçik ölkə” adlandıraraq, Stiven Sakuru “düşmən” obrazında təqdim edib.

Erməni mediasının “kanadalı jurnalist” kimi təqdim etdiyi Jirayr Tutuncanyan bəlkə də, özü də bilmədən məktubda ölkəsini biabır edib – qələmə aldığı sözlərdə onu qürursuz bir dövlət kimi göstərərək:

"O, Ermənistana qarşı düşməncə hazırlanmış suallarla silahlanmışdı. Kobud görünürdü, müsahibə üsullarına aşkar şəkildə heyranlığını gizlətmirdi. Əminəm ki, işini itirmək qorxusu ilə cənab Netanyahu ilə olduqca ehtiyatlı olardı. Ancaq kiçik, kasıb və mühasirəyə alınmış bir ölkə olan Ermənistanla bu şəkildə rəftar etmək çox asandır”.

Əlavə edək ki, Ermənistan baş naziri bir neçə gün əvvəl BBC-də yayımlanan “HARDTalk” proqramının qonağı olub. Proqramda ingilis jurnalist Stiven Sakurun Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı suallarına qeyri-peşəkar cavab verən Paşinyan özünü çətin duruma salıb. Qeyri-səlis ingilis dilində danışması və münaqişəyə dair suallara verilən cavabda öz ölkəsini müdafiə edə bilməməsinə görə Ermənistanda etirazla qarşılanıb.

Sakur müsahibədə Ermənistan rəhbərindən Xocalı soyqırımı və işğal faktorlarına görə, Azərbaycan xalqından nə vaxt üzr istəyəcəyini soruşub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər