“Suriyanı, Türkiyəni parçalamaq, yerində qondarma kürd kvazidövləti “Rojava”nı qurmaq məhz bu “liberal”ın – Bernar Anri Levinin növbəti nəxşəsidir. İndi Ərdoğanı sakit qoyub Lukaşenkoya girişib. Türkiyəni bir anlıq unudaraq Belarusa əl atıb”.
Teleqraf.com xəbər verir ki, bunu yazıçı-publisist Həmid Herisçi deyib.
Onun sözlərinə görə, Levi “Rojava”nı ABŞ anarxisti Mürrey Bukçinin sərsəm fəlsəfəsi əsasında yaratmışdı:
“Abdulla Öcalanı marksizmdən ayırıb Bukçin anarxizminəə sürükləyən məhz odur. Kiçik detal - qondarma kürd “Rojava”sını o, 2016-cı ilin 17 mart tarixində qurub. Qədim Roma tanrısı Liberanın doğum günündə. Həmin gün qədim romalılar bütün etik, milli-mənəvi qaydaları kənara qoyar, Libera tanrısı şərəfinə “Liberaliya” şənliklərini, anarxiyasını həyata keçirərdilər.
Liberalizm beləliklə ateizm deyil. Arxasında qədim Roma tanrılarına, ilk növbədə Libera tanrısına inanan gizli qüvvələr toplaşıb. Femenistdirlər. Hesab edirlər ki, silah kişilərdən alınıb qadınlara ötürülməlidir. Rojavadakı kürd qadın ordusunu da məhz o yaradıb - Anri Levi. İndi o bu köhnə Roma kultunu, Liberanın nimdaş geyimlərini Svetlana Tixanovskayaya geyindirmək istəyir”.
Həmid Herisçi Levinin Suriyanın bəlasına çevrildiyini bildirib: “Yadda saxlayın - Bernar Levi kürdlərin, Suriyanın bəlasına çevrilib. Deyilənə görə, Qəddafini məhz o öldürtdürüb. Ərdoğana qarşı gizli təxribatları da məhz o hazırlayır”.