İran Silahlı Qüvvələri (SEPAH) yanvar ayında ABŞ ordusu tərəfindən öldürülən general Qasım Süleymaninin şərəfinə “Həcc Qasım” adlı yeni yerüstü ballistik raket hazırlayıb.
Teleqraf.com xəbər verir ki, raketin artıq sınaqdan keçirildiyi bildirilib.
İran Prezidenti Həsən Ruhani yeni raketin sınağı xəbərini vacib adlandırıb: “Düşməni quruda və dənizdə mərmilərlə dayandırmalıyıq”.
Bundan əlavə, Süleymani ilə birlikdə həlak olan İraq şiə birləşmələrinin – “Əl-Həşd əl-Şabi” qüvvələrinin komandiri Əbu Mehdi əl-Mühandisin şərəfinə yeni “Əbu Mehdi” adlı kruiz raketi nümayiş olunmuşdu.