Donbasda atəşkəsin elan olunduğu gündən - sentyabrın 5-dən bu günədək 65 ukraynalı hərbçi separatçılar tərəfindən qətlə yetirilib.
Teleqraf.com-un "UNİAN"a istinadən məlumatına görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) məlumatında deyilir.
MTMŞ-in yaydığı açıqlamada bildirilib ki, son həftə ərzində separatçıların hücumlarına daha çox Donetsk aeroportu, Debaltsevo, Sşastye şəhərləri və Mariupolun ətrafı məruz qalıb.