Xarici İşlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və amerikalar üzrə dövlət naziri Vendi Morton ilə telefon danışığı baş tutub.
Teleqraf.com xəbər verir ki, Dövlət Naziri Vendi Morton Ceyhun Bayramovu Xarici İşlər naziri təyinatı münasibətilə təbrik edib.
Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra istiqamətləri üzrə fikir mübadiləsi aparıb, qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı perspektivlərini müzakirə ediblər.
C.Bayramov Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatı barədə məlumat verib və bu təxribatın Ermənistan rəhbərliyinin münaqişənin həlli üzrə danışıqlar prosesinə əngəl törətmək məqsədi güddüyünü açıq şəkildə nümayiş etdirdiyini bildirib.
V.Morton, öz növbəsində, bölgədə gərginliyin aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Tərəflər habelə qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı fikir mübadiləsi aparıblar.