Türkiyədə son 24 saat ərzində daha 19 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 6 058 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 1 412 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 253 108 nəfərə çatıb.
Nazir əlavə edib ki, ötən gün koronavirusdan 882 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 234 797 nəfər təşkil edir.