21 Avqust 2020 00:58
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada müxalifət lideri Aleksey Navalnıyda hər hansı infeksion yoluxma əlamətləri tapılmayıb.

Teleqraf.com xəbər verir ki, bunu Omsk 1 saylı Təcili Tibbi Yardım Xəstəxanasının baş həkiminin müavini Anatoli Kaliniçenko deyib.

Xatırladaq ki, ötən gün Navalnıyın uçduğu Moskvadan Tomsk şəhərinə reys yerinə yetirən təyyarə onun zəhərlənməsi səbəbindən təcili Omsk şəhərinə enib. Müxalifət liderinə qoyulan ilkin diaqnozun naməlum psixodisleptik (halüsinasiyaya səbəb ola biləcək maddələr) kəskin zəhərlənmə olduğu bildirilib. Siyasətçinin mətbuat katibi Kira Yarmışın sözlərinə görə, Aleksey Navalnıy ikinci dərəcəli komadadır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər