21 Avqust 2020 10:08
11 810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın İdlib vilayətində vəziyyət yenidən gərginləşib.

Teleqraf.com xəbər verir ki, M4 magistral yolunda patrul xidməti aparan Rusiya və Türkiyə hərbi qüvvələrinə hücum olub.

Bölgənin bir başqa istiqamətində isə rus ordusuna məxsus dron vurulub.

Bəşər Əsəd rejiminə bağlı qüvvələrin Azad Suriya Ordusunun Safuhin, Fatirah və Kanasfara kəndlərindəki mövqelərinə top zərbələri endirib. ASO-nun Ləzgiyyənin şimalındakı mövqelərinin də rejim tərəfindən hədəf alındığı açıqlanıb.

Türkiyə Silahlı Qüvvələri bölgədə vəziyyətin gərginləşməsindən sonra hərəkətə keçib.Türkiyə İdlibdə sabitliyin bərpa olunması üçün bölgəyə əlavə hərbi qüvvə göndərib. Logistik və hərbi avadanlıq daşıyan TIR-larda təxminən 75 zirehli texnikanın olduğu bildirlib. Artıq hərbi texnikaların və avadanlıqların türk ordusuna təhvil verildiyi açıqlanıb.

Digər tərəfdən Rusiya və Suriya hökuməti Xmeymim hərbi hava bazasının genişləndirilməsi ilə əlaqədar anlaşma imzalayıb. Rejim Ləzgiyyədəki 8 hektarlıq quru, Aralıq dənizində isə 8 hektarlıq su ərazisini müalicə və reabilitasiya mərkəzi kimi istifadə etməsi məqsədilə müvəqqəti olaraq Rusiyaya verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər