İŞİD ABŞ-a məxsus casus təyyarəsini vurub.
Teleqraf.com-un məlumatına görə, bu barədə İŞİD-ə yaxın şəxslər Tvitterdə məlumat paylaşıblar. Yayılan məlumatda İŞİD döyüşçülərinin İraqın Ramadi şəhərində ABŞ-a məxsus casus təyyarəsini vurduqları bildirilib.
Paylaşılan videoda üzərində əks olunan məlumatlar təyyarənin həqiqətən də ABŞ-a aid olduğunu sübut edir.