Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ilə Rusiya dövlət başçısı Vladimir Putin arasında telefon danışığı baş tutub.
Teleqraf.com-un məlumatına görə, telefon danışığı zamanı əsas müzakirə mövzusu İŞİD-lə mübarizə olub. Kremldən verilən məlumata görə, Türkiyənin təklifi ilə baş tutan danışıqda İŞİD-in bölgədə meydana gətirdiyi təhlükə və gələcəkdə hər iki dövlətin bu istiqamətdə atacağı addımlar müzakirə olunub.