21 Avqust 2020 12:29
1 302
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa İttifaqı Yunanıstan və Cənubi Kiprin şantajlarının əsirinə çevrilib”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.

Türk diplomat bildirib ki, Aİ Aralıq dənizinin şərqində sülh, rifah və sabitlik istəyirsə, obyektiv və dürüst olmalıdır:

“Dialoq, sülh və əməkdaşlıq çağırışı edən ölkəmizə yox, Aİ-nin həmrəylik prinsiplərini istismar edən, Aİ-nin maraqlarına zərər verən, gərginliyi artıran əsl tərəflər olan – Yunanıstan və Cənubi Kiprə təzyiq edilməlidir.

Türkiyə problemlərin birdəfəlik həlli üçün həmişə beynəlxalq hüquq çərçivəsində müzakirələrin başlamasının vacibliyini bildirir. Bu olmayacağı təqdirdə, Türkiyə öz haqlarından imtina etməyəcək, atılan hər addıma adekvat cavab verəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər