21 Avqust 2020 11:19
5 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan və Misirin Aralıq dənizinin şərqində Azad İqtisadi Zona sazişi imzalaması ilə artan gərginlikdən sonra ABŞ-dan diqqətçəkən addım gəlib.

Teleqraf.com xəbər verir ki, İtaliyanın Napoli limanında yerləşən ABŞ-ın döyüş gəmisi “USS Hershel Woody Williams” yeni tapşırığa uyğun olaraq, Yunanıstanın Krit adasına gəlib.

Gəmi son günlərdə Fransa və Rusiyanın bölgədə təzyiqləri artırmasından sonra digər döyüş gəmilərinə qatılıb.

Hərbi mütəxəssislər “USS Hershel Woody Williams”ı “üzən hərbi baza” adlandırırlar. ABŞ donanmasının yeni sinif nəhəng gəmilerindən ikincisi olan “USS Hershel Woody Williams” hərbi əməliyyatlarda sürətli nəqliyyat və dəstək mərkəzi rolunu oynayır. 230 metr uzunluğunda olan gəmiyə Kritə gəlməzdən əvvəl Napoli şəhərində sonuncu dəfə baxış keçirilib.

Gəminin Kritin qərbindəki Suda körfəzindəki ABŞ hərbi bazasında nə qədər qalacağı və hansı tapşırığı yerinə yetirəcəyi açıqlanmayıb. Amerika döyüş gəmisinin bölgədəki donanmaların hərəkətini müşahidə etmək məqsədilə Kritdə dislokasiya edildiyi iddia olunub.

“Üzən baza”nın Aralıq dənizinin şərqində Fransa donanmasının fəallığından dərhal sonra bölgəyə göndərildiyi də diqqət çəkib. ABŞ Dövlət katibi Mayk Pompeo ötən günlərdə məsələ ilə əlaqədar açıqlama vermişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər