“Bugünkü kəşflər və potensial imkanlarımızla “cari büdcə kəsiri” məsələsini ölkəmizin gündəmindən çıxarırıq”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin maliyyə naziri Bərat Albayrak deyib.
Nazirin Türkiyənin Qara dənizdə təbii qaz ehtiyatları kəşf etməsinə münasibəti belə olub:
“Bugünkü kəşflər və potensial imkanlarımızla “cari büdcə kəsiri” məsələsini ölkəmizin gündəmindən çıxarırıq. Xarici valyuta və cari profisit haqqında danışacağımız yeni bir dövrə qədəm qoyuruq”.
Albayrak Türkiyənin artıq yeni dövrə qədəm qoyduğunu deyib.
Qeyd edək ki, Bərat Albayrak Türkiyə prezidentinin kürəkənidir.
Onu da əlavə edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan uzun müddətdir aparılan araşdırmalar nəticəsində Qara dənizdə 320 milyard kubmetr qaz ehtiyatı kəşf olunduğunu açıqlayıb.