12 Oktyabr 2014 07:53
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Baş nazirinin müavini Dmitri Roqozinlə görüşən Çin prezidentinin köməkçisi Vang Yanq Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların düzgün olmadığını bildirib.

Teleqraf.com-un məlumatına görə, sanksiyaları "səhv addım" adlandıran Çin rəsmisi Rusiyanın bu çətinliklərin öhdəsindən gələcəyinə inandığını deyib:

“Bu sanksiyalar səhv addımdır və Avropa üçün yaxşı nəticələnməyəcək. Qeyri-sabitlik cəhdlərinə baxmayaraq, Rusiya xalqının bu çətinliklərin öhdəsindən gələcəyinə inanırıq”.

Rusiyaya qarşı sanksiyaların həm də Çinə qarşı yönəldiyini deyən Pekin rəsmisi Rusiya ilə əməkdaşlığın genişləndiriləcəyini bildirib.


Müəllif:

Oxşar xəbərlər