12 Oktyabr 2014 08:28
1 512
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda daha bir təyyarə qəzası baş verib. Bu dəfə hüquq-mühafizə işçilərinə qarşı cinayətin araşdırılması üçün hadisə yerinə yollanan əməkdaşları daşıyan polis təyyarəsi qəzaya uğrayıb.

Teleqraf.com-un məlumatına görə, təyyarə ölkənin cənub-şərq şəhərlərindən olan Zahədan yaxınlığında – dağ yamacında qəzaya uğrayıb.


Yüngül mühərrikli “Turbo Commander” polislərə hücum faktının araşdırılması üçün İranın paytaxtı Tehrandan ölkənin cənub-şərqinə üz tuturmuş. Təyyarənin göyərtəsində cəmi 4 sərnişin və 3 nəfər ekipaj üzvü olub. Onlardan birinin polis müstəntiqi olduğu bildirilir.

Hadisə nəticəsində 7 nəfər dünyasını dəyişib. İlkin məlumatlara əsasən, qəzaya səbəb təyyarənin çox uzun müddət istismar edilməsidir.


Müəllif:

Oxşar xəbərlər