22 Avqust 2020 10:11
3 398
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təbii qaz yataqlarının kəşfi Türkiyə iqtisadiyyatına və inkişafa təkan verəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Avropa İttifaqının Türkiyədəki səfiri Kristian Berger deyib.

O, Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyə tarixinin ən böyük təbii qaz kəşfini Qara dənizdə həyata keçirdiyini bildirib və bunun gözəl bir xəbər olduğunu söyləyib:

“Təbii qaz yataqlarının kəşf olunması iqtisadiyyata və inkişafa təkan verəcək. Ümid edirəm ki, ən qısa vaxtda çıxarılacaq təbii qazdan istifadə etmək mümkün olacaq. Biz həmişə Türkiyənin rifah, sabitlik və demokratiya ölkəsi kimi görmək istəyirik. Ümid edirik ki, bu, Türkiyə iqtisadiyyatının inkişafına təkan verəcək bir vasitə olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər