12 Oktyabr 2014 08:57
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın paytaxtı Bağdad şəhərində baş verən bombalı hücumlar nəticəsində 41 nəfər ölüb, 76 nəfər yaralanıb.

Teleqraf.com Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Bağdad polis idarəsindən bildirilib. Yayılan xəbərlərə görə, şəhərin Kazimiyyə bölgəsində baş verən hücumda partlayıcılarla dolu maşının partladılması nəticəsində 6 nəfər ölüb, 22-i isə yaralanıb.

Bağdadın Əş-Şula məhəlləsində iki maşınla təşkil olunan hücumda 32 nəfərin öldüyü, 43 nəfərin isə ağır yaralandığı bildirilir. Eyni zamanda, şəhərin Əl-Vişaş məhəlləsinə edilən hücumlarda 3 nəfər həyatını itirib, 11 nəfər isə yaralanaraq, yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Samir


Müəllif:

Oxşar xəbərlər