ABŞ Dövlət katibi Con Kerri Türkiyənin Suriyaya quru birliyi göndərib göndərməyəcəyini mövzusunda fikirlərini bölüşüb.
Teleqraf.com Sabah qəzetinə istinadən xəbər verir ki, Kerri kürdlər, suriyalılar və iraqlılar türk əsgərlərini Kobanidə görmək istəmədiyini bildirib. Onun sözlərinə görə, Türkiyə ABŞ-ın rəhbərliyi ilə yaradılmış koalisiyaya qoşulub, müəyyən sahələrdə kömək edəcək: “Ancaq danılmaz bir fakt var.
Aralarında kürdlərin, suriyalıların, iraqlıların və digərlərinin olduğu müxtəlif qruplar türk əsgərlərini Kobanidə görmək istəmir. Buna görə də, hər kəsin sakit olması və ehtiyatlı addım atması vacibdir”.
Samir