Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, tərəflər ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində müzakirə aparıb, regional məsələləri dəyərləndiriblər.
Söhbət zamanı Zelenski Türkiyənin Qara dənizdə böyük təbii qaz yatağının kəşf olunması münasibətilə təbrik edib.