22 Avqust 2020 22:14
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə son 24 saat ərzində daha 22 nəfər yeni növ koronavirusdan dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 6 102 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 309 yeni yoluxma halı qeydə alınıb. Bununla da yoluxanların ümumi sayı 257 032 nəfərə yüksəlib.

Qoca qeyd edib ki, ötən gün koronavirusdan 801 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 236 370 nəfər təşkil edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər