Finlandiya hökuməti Rusiya tərəfindən Baltik dənizindəki insidentlərlə bağlı izahat tələb edəcək.
Teleqraf.com lenta.ru-a istinadən xəbər verir ki, bunu Finlandıya müdafiə naziri Karl Xaqlunda açıqlayıb. Onun sözlərinə görə, hadisənin motivlərini araşdırmaq üçün işlər davam etdirilir:
“Bu xoşagəlməz halı araşdırmaq lazımdır. Məncə, biz Rusiya hökumətindən izahat verməyini xahiş etməliyik. Bununla da gələcəkdə bu cür insidentlərdən uzaq olarıq”.
Xatırladaq ki, avqustun 2-də baş verən birinci hadisə zamanı Rusiya dənizçiləri Finlandiya ekipaj üzvlərindən iki dəfə gəminin kursunu dəyişməyi tələb edib. İkinci hadisədə isə ətraf və mühitin mübarizə üzrə Finlandiya gəmisinə ilk olaraq, rus vertolyotu daha sonra isə Rusiya Hərbi Dəniz Donanmasına məxsus gəmisi yaxınlaşmaq istəyib.
Samir