23 Avqust 2020 22:13
1 559
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ beynəlxalq məsuliyyətlərdən qaçmaq üçün hər şeyi edir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov deyib.

Rəsmi Vaşinqtonun Çin və İrana tətbiq etdiyi sanksiyalar haqda danışan nazir vurğulayıb:

“ABŞ hökumətinin son addımları göstərir ki, beynəlxalq məsuliyyətdən qaçmaq üçün hər şeyi edir. ABŞ Çini Amerikaya çox satdığı və çox az satın aldığı üçün təhdid kimi görür. Amerikalılar Çindən idxalatı məhdudlaşdırırlar.

Eyni zamanda, İran beynəlxalq anlaşma çərçivəsində (JCPOA) üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, yanlış addımlar atmaqda ittiham edilir və bu ölkəyə sanksiyalar tətbiq olunur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər