23 Avqust 2020 22:54
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Litvada təxminən 50 min insan Belarusdakı etirazçılarla həmrəylik mitinqində iştirak etməyə hazırlaşır. Canlı zəncir yaradacaq bu insanlar paytaxt Vilnüsdən Belarusla sərhəd-keçid məntəqəsi sayılan Medininkaya sıralanacaqlar.

Teleqraf.com xəbər verir ki, bu barədə aksiyanın təşkilatçısı Jivile Tişkyaviçyute “Laisves” TV-yə açıqlamasında bildirib.

Aksiya “Azadlıq yolu” adlandırılıb. Aksiya iştirakçılarının 23 avqust saat 19:00-da insan zəncirinə qoşulacağı gözlənilir.

Vilnüsün mərkəzindəki Kafedral meydanında 15 metrlik ağ-qırmızı bayraq hava şarı vasitəsilə səmaya qaldırılacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər