24 Avqust 2020 08:05
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın Baş naziri Şinzo Abe avqustun 24-də Tokionun mərkəzində yerləşən və bir həftə əvvəl tibbi müayinədən keçdiyi xəstəxanaya ikinci dəfə müraciət edib.

Teleqraf.com xəbər verir ki, Baş nazirin dəftərxanası bunun bir həftə əvvəl başlamış tibbi müayinənin davamı olduğunu bildirib.

Ş.Abe özü bu ərəfədə sağlamlığının qaydada olmasını müəyyən etmək üçün xəstəxanaya getdiyini etiraf edib.

Xatırladaq ki, avqustun əvvəllərində Yaponiyanın “Flash” jurnalında Ş.Abenin səhhətində problemlər olması barədə informasiya öz əksini tapıb. Bununla yanaşı, Baş nazirin son vaxtlar iş yerini daha tez tərk edərək Tokiqaya rayonunda yerləşən mənzilinə döndüyü də bildirilirdi. Yaponiya hökumətinin başçısı avqustun 17-də Tokionun mərkəzində yerləşən xəstəxanada tibbi müayinədən keçib.

Vəziyyəti şərh edən Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa Baş nazirin səhhətində problemlər olması barədə şayiələrin doğru olmadığını bildirmişdi.

Qeyd edək ki, avqustun 24-də Şinzo Abe Yaponiya tarixində fasiləsiz olaraq ən uzun müddət hökumət başçısı kürsüsündə qalan siyasətçi kimi birinci yerə çıxıb. Onun ikinci dəfə Baş nazir seçilməsindən sonra fasiləsiz olaraq 2799 gün hakimiyyətdə olduğu bildirilir.

2019-cu ilin noyabrında Yaponiya hökumətinin hazırkı başçısı artıq Yaponiya tarixində ümumilikdə ən uzun müddət hakimiyyətdə olan Baş nazir kimi birinci yeri tutub.

Ş.Abe 2006-cı ilin sentyabrından 2007-ci ilin sentyabrınadək davam edən hökumətə ilk başçılıq dövrünü xəstəlik səbəbindən tərk etmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər