24 Avqust 2020 17:12
2 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq prezident Robert Köçəryan Ermənistan Respublikasına qarşı iddia qaldıraraq hüququnun pozulduğunu əsas gətirib və 2 milyon dram təzminat tələb edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, iddia avqustun 19-da verilib. İddia İrəvan şəhər ümumi yurisdiksiya məhkəməsinin hakimi Armenui Badiryana verilib.

Köçəryanın sözçüsü Hayk Alumyan martın 10-da Robert Köçəryanın səhhəti ilə əlaqədar xəstəxanada olduğunu və 1 Mart hadisəsi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini söyləyib. Eyni zamanda, hakim Anna Danibekyanın açıq məhkəmə iclasında müdafiə tərəfinin rəyini ifadə etmədən tibbi sirləri özündə əks etdirən məlumatlar yaydığını deyib.

Onun sözlərinə görə, yayılan məlumatlar xalqın kəskin reaksiyasına səbəb olub. İddia mülkiyyət iddiası olduğu üçün Maliyyə Nazirliyi Ermənistan Respublikası adından cavabdeh rolunu oynayır.

Xatırladaq ki, hakim Danibekyan Robert Köçəryana ürək ritminin pozulması, 3-cü dərəcəli arterial hipertansiyon diaqnozu qoyulduğunu demişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər