24 Avqust 2020 17:21
2 534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Ninotsminda bölgəsinin Toriya kəndinin sakinləri ilə Qardabani bölgəsində yaşayan azərbaycanlılar arasında qarşıdurma baş verib.

Teleqraf.com xəbər verir ki, qarşıdurmanın əkin sahələri üstündə baş verdiyi bildirilib.

Hadisənin əsas səbəbkarları kimi ermənilər göstərilib. Olaydan sonra qarşıdurmaya rəvac yaradan şəxslər saxlanılıb. Daha sonra ermənilər Ninotsminda rayon polis binasının qarşısında toplaşaraq saxlanılan həmkəndlilərinin sərbəst buraxılmasını tələb ediblər.

İddiaya görə, qoyun sürüləri ilə dağdan enən erməni çobanlar iribuynuz heyvanları azərbaycanlıların əkin yerlərinə sürüblər. Bundan sonra mübahisə kütləvi davaya çevrilib. Az sonra hadisə yerinə gələn polis qarşıdurmanın səbəbkarlarını saxlayıb. Hadisə zamanı ölən olmasa da yaralananların olduğu bildirilib.

Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda hər iki tərəfdən ümumilikdə 11 nəfər saxlanılıb, istintaq davam edir.

Gürcüstanın Daxili İşlər Nazirliyi sağlamlığa qəsdən yüngül zərər vurma ittihamı üzrə istintaqa başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər