“S-500 Promotey” sistemlərinin silsilə istehsalına dair müqavilə bu il imzalanacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın sənaye və ticarət naziri Denis Manturov deyib.
O, ilk sistemin 2021-ci ilin yaz aylarında istifadəyə hazır olacağını açıqlayıb. Nazir müqavilənin icrasının təxirə salınmasının səbəbini “S-500” sistemlərinin davam edən sınaqları ilə əlaqələndirib.
İlk sınaqlarda 480 km mənzilə çatan “S-500” üçün 600 km mənzil tələb olunur. Eyni zamanda, “S-400” sistemi üçün 9-10 saniyə olan reaksiya müddəti isə “S-500”-lərdə 3-4 saniyə olaraq açıqlanıb.