12 Oktyabr 2014 14:00
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada hökumət qüvvələri ilə separatçılar arasında atəşkəs elan olunsa da, yaranan qarşıdurma səngimək bilmir. Teleqraf.com-un “UNİAN”a istinadən məlumatına görə, separatçılar Donetsk aeroportunda Ukrayna mövqelərinə hücüm etməyə və Donetskin yaşayış məntəqələrinə atəş açmağa davam edirlər.

Bu barədə "İnformasiya Müqaviməti" Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Dmitri Timçuk açıqlama verib. O, qeyd edib ki, separatçıların bu həmlələrindən ətrafdakı yaşayış binaları, dinc sakinlər, eləcə də hokumət qüvvələrinin ciddi nəzarətdə saxladığı aeroport böyük zərər görüb: “Ekstremist qruplaşmalar antiterror qüvvələrinin mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutublar”.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər